Gürcüstanın Qərblə münasibətlərinin bərpası ölkənin xarici siyasəti üçün prioritet olaraq qalır, yaxın aylarda baş verə biləcək Ukrayna münaqişəsinin sona çatması münasibətlərin normallaşmasına kömək edə bilər...
Poliqon Interfax-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"ABŞ və Avropa İttifaqı ilə münasibətləri bərpa etmək bizim əsas prioritetimiz olaraq qalır", deyə baş nazir vurğulayıb.
Kobaxidze Gürcüstanla Qərb arasında münasibətlərin normallaşması prosesinin təfərrüatlarına varmaq istəməsə də, bu istiqamətdə tezliklə nəzərəçarpacaq nəticələrin olacağını qeyd edib.
Gürcüstan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Tiflislə Qərb ölkələri arasında münasibətləri bərpa etmək üçün daha bir məsələ qalır - Ukraynadakı münaqişəyə son qoyulması.
"Bəlkə də bu, yaxın aylarda baş verəcək", deyə baş nazir qeyd edib.
Poliqon.info