ABŞ-ın yeni seçilmiş prezidenti Milli Kəşfiyyat direktoru vəzifəsinə Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiyasına qoşulmuş keçmiş Demokrat konqresmen Tulsi Qabbardın namizədliyini irəlli sürüb.
Herbiand.az BBC-yə istinadən xəbər verir ki, bu vəzifədə o, CIA, FBI və Milli Təhlükəsizlik Agentliyi (NSA) kimi ABŞ kəşfiyyat agentliklərinə nəzarət edəcək.
Ermən i lobbisi ilə yaxın əlaqələrə malik Qabbard Türkiyəyə və Prezident Ərdoğana qarşı qərəzli mövqeyi ilə seçilir.
Xatırladaq ki, bu xanım 2017-ci ildə o vaxt işğal altındakı Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN tərəfindən “qara siyahı”ya salınıb.