AZ

Qaz limitləri ilə bağlı son statistika - RƏSMİ

İlin soyuq aylarında əhali mənzillərin isidilməsində təbii qazdan daha çox istifadə edir. 

Ölkəmizdə təbii qazın verilməsində qiymətlər üzrə limit müəyyənləşib. Yəni, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün bir tarif, digər 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün başqa tariflər müəyyənləşdirilib. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır.

1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. 

Vətəndaşların bəziləri təbii qazın aşağı tariflə, yəni hər kubmetrə görə 12 qəpik ödənilən həcmini aşdıqlarını bildirirlər.

Qaz limitləri ilə bağlı son statistika necədir? 

Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev rəqəmləri "Cebheinfo.az"-a təqdim edib: 

"2024-cü ilin yanvar-oktyabr ayları ərzində əhali sektoru üzrə abonentlərin 62,6%-i limit daxilində qaz alıb". 

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr