UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı forvard görüşdən öncə keçirilən mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını bildirib:
"Komandada əhval-ruhiyyə yaxşıdır. İnanıram ki, yaxşı oyun göstərəcəyik. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır".
Qeyd edək ki, Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq.