AZ

Qusar hotellərinin gəlirləri 4 dəfədən çox artıb.

Qusar hotelləri bu ilin 9 ayı ərzində 31 milyon 949,1 min manat xərcə qarşı cəmi 34 milyon 482,5 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da gəlirlərin xərclərdən bir qədər artıq olması nəticəsində hotellərin 2 milyon 533,4 milyon manat mənfəət əldə etmələri ilə nəticələnib.

Son bir illə müqayisədə gəlirlər 15 milyon 753,8 min manat və ya 84,1%, xərclər 13 milyon 810,1 min manat və ya 76,1%, mənfəət isə 1 milyon 943,7 min manat və ya 4,3 dəfə artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Qusar hotelləri cəmi 589,7 min manat mənfəət əldə etmişdu etmişdi. Belə ki, hotellərin əldə etdiyi  gəlirlər 18 milyon 728,7 min manat, xərclər isə 18 milyon 139 min manat idi.

Seçilən
44
fed.az

1Mənbələr