AZ

"Ölmüş valideynin şəklinin önündə hansı sağlam cinsi münasibətdən danışa bilərik?" - Psixoloqdan MARAQLI MÖVQE

“Cinsəllik uğurlu ailə modelində vacib olan faktorlardandır”.

 

Sfera.az bildirir ki, bunu klinik psixoloq Nur Daşdəmirli dizayner Aynur Xəlilovanın “Youtube”da yayımlanan “Hərşeyşünas” podkastında deyib.

 

O qeyd edib ki, qurulan hər bir münasibət – iş, dostluq, qadın-kişi münasibəti – hamısının başında ailədə necə formalaşmağımız dayanır:

 

"Uşaq doğulur, o, kişinin nə olduğunu ataya baxaraq, qadının nə olduğunu anaya baxaraq, qadın-kişi münasibəti necə olmalıdır, valideynlərinə baxaraq öyrənir. Əgər içəridə davamlı olaraq mübahisə, psixoloji şiddət varsa, onun qurduğu münasibətin sakit olması mümkünsüzdür. Eyni şiddət formasını ya özü sərgiləyəcək, ya da tətbiq edən bir insanı tapacaq. İndi  “Psixologiya bərabərdir travma”,  bu ifadəni o qədər şişirdiblər ki, bunu dilimə belə gətirməkdən ərinirəm. Amma travma sözü nədir? Həmin anda başın harasa dəydi və yaxud da həyatında hər hansı bir hadisə baş verdi demək deyil. O hadisədən sonrakı prosesdə özünü necə idarə etməyin, həyatına necə təsir eyməyidir. Valideynlər 0-6 yaş aralığı uşaqların yanında onlara bir növ heykəl, əşya hətta bəzən heyvan kimi davranırlar. Onun yanında istədiyi cür əxlaqsızlıq edirlər, elə düşünürlər ki, uşaq başa düşmür. Sonra da uşaqdan normal bir düşüncə sahibi olmağını gözləyirlər. Ana uşağı 6 aya qədər yanındakı çarpayıda yatızdıra bilər. 6 aydan sonra isə mütləq sürətdə öz otağında olmalıdır”.

 

Psixoloq qeyd edib ki, əsasən də bizim coğrafiyada dəhşətli faktların altında yatan səbəb uşaqlarımızı sahiblənməyimizdir:

 

“Həmişə yanımda olsun, süd verim, qucaqlayım və.s. Buna ehtiyac yoxdur. Əsas da bu, oğlan övladı üçün şamil olunur. “Madonna” sindromunun altında yatan səbəblərdən biri də elə budur. Ailədə qadınların müqəddəsləşdirilməsinə “Madonna” sindromu deyilir. Burada söhbət bizim bildiyimiz müğənni Madonnadan getmir. Ziqmund Freydin nəzəriyyəsinə əsasən, Məryəm ana mənasını verir. Ana vaxtında uşağı yanından ayırmır, davamlı olaraq ona sevgi, şəfqət verir. Amma bir müddət sonra göbək bağından necə qopursan, eləcə də bundan qopmalıdır, azadlığın nə olduğunun fərqinə varmalıdır və aşırı verilən o sevgi, qayğı yetinməzliyə gətirib çıxarır. Bax elə bu doyumsuzluğa görə, həyatında seçdiyi növbəti qadını ana rolunda görməyə başlayır. Buna psixologiyada “ayna” deyirlər. Araşdırmalar göstərir ki, uşaq 0-6 ay arası yanımızda olur, daha sonra isə onun özünə aid bir otağı olmalıdır. Yataq otağımız bizim özəl məkanımızdır. Orada hər hansı bir müqəddəs şəkil, kitab, ölmüş valideynlərimizin şəkili olmaz. Ölmüş ana-ata şəklinin önündə hansı sağlam cinsi münasibətdən danışa bilərik?”.

 

Günay

 

Seçilən
96
45
sfera.az

10Mənbələr