AZ

Nazir müşaviri: “Ölkələr enerji keçidini etmək üçün maliyyə əldə etməlidir”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ən vacib nəticəsi yeni kollektiv maliyyə hədəflərinin müəyyən olunmasıdır.

"Report" xəbər verir ki, bunu Misirin ətraf mühit nazirinin müşaviri Amr Abdel-Aziz COP29 çərçivəsində keçirilən "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bu gündən maliyyələşdirmək" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ölkələr enerji keçidini etmək üçün maliyyə əldə edə bilməlidir: “Ona görə də inkişaf etməkdə olan ölkələr daha yaxşı yeni hədəflər axtarır. Lakin siyasi şərait nəzərə alınmalıdır. Belə ki, ABŞ-nin yeni seçilmiş prezidenti Paris Sazişindən çıxa bilər. Halbuki, ABŞ və Almaniya kimi bir sıra Avropa ölkələri iqlim maliyyələşdirilməsində mühüm rol oynayır”.

O qeyd edib ki, bunun üçün də hazırda yeni kollektiv hədəflər baxımında elə də yaxşı dövr yaşanılmır: “Unutmaq lazım deyil ki, enerji keçidi ilə yeni kollektiv hədəflər arasında böyük əlaqə var. Siyasi təlimatları elə bir istiqamətə yönləndirmək lazımdır ki, daha effektiv enerji keçidini təmin etmək mümkün olsun. Digər vacib bir məsələ köhnə proqramlardan keçiddir. Qalıq mədən yanacaqlarından bərpa olunan enerjiyə keçid edildikdə bəzi sənaye sahələri bunun mənfi təsirini məruz qalır. Bunlara xüsusi diqqət yetirmək lazımdır”.

Yeni iqtisadiyatkardakı enerji keçidindən danışan A. Abdel-Aziz bu keçidin ən böyük əngəlinin maliyyə çatışmazlığı olduğunu diqqətə çatdırıb: "Keçid üçün şəbəkəyə böyük həcmdə investisiya tələb olunur. Digər maneə şəbəkələrin sabitliyidir. Əgər şəbəkəyə çoxlu bərpa olunan enerji daxil olunsa məhdudiyyətlər ortaya çıxacaq. Xüsusilə yeni yaranan iqtisadiyyatlarda bu tip texniki məqamların aradan qaldırılması maliyyə çatışmazlığı səbəbindən çətin olur".

Ötən COP-un əsas hədəfləri olan bərpa olunan enerjini 3 qat artırılması və enerji səmərəliliyinin ikiqat artırılmalmasını, eyni zamanda qazıntı yanacağından, karbon texnologiyaları və nüvədən uzaq durmağı yada salan müşavir enerji keçidi istiqamətində atılan addımları sürətləndiməyin zəruriliyini vurğulayıb.

Seçilən
87
50
far.az

10Mənbələr