AZ

"X"dən imtina edən şirkət və qurumların sayı artır

Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra "X" platformasından kütləvi şəkildə imtina edilməsi ilə bağlı ehtimallar var.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, hazırda Böyük Britaniyada yerləşən "The Guardian" qəzeti noyabrın 13-dən etibarən "X" hesabından xəbərləri paylaşmağı dayandırıb. Qəzet "X"dən imtina etməsinin səbəbi kimi irqçilik və sui-qəsd nəzəriyyəsi kimi narahatedici məzmunu göstərib.

Bundan başqa, "CNN" televiziyasının məşhur ekran siması Don Lemon da verdiyi açıqlamada "X"dən ayrıldığını açıqlayıb. O, iddia edib ki, "X" bir vaxtlar açıq müzakirələr üçün mühit yaratmışdı, lakin artıq bu məqsədə xidmət etmir.

Böyük Britaniyada Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi (CCDH) də oxşar səbəblə "X" platformasını tərk edib.

Həmçinin Avstriya aviaşirkətlər də "X"dən imtina etdiklərini açıqlayıblar.

Gülşən Şərif

Seçilən
25
bakivaxti.az

1Mənbələr