COP29 çərçivəsində təşkil edilən panellər həm mövzu rəngarəngliyi, həm də iştirakçıların yüksək marağı baxımından seçilirlər. Bu kontekstdən, panellərdə yalnız qlobal və regional deyil, həmçinin yerli səviyyədə əhəmiyyətli hesab olunan məsələlər müzakirə edilir.
COP29 çərçivəsində təşkil edilən “Dəyişikliyin gücləndirilməsi: Sosial Sahibkarlıq Davamlı İnkişaf və Korporativ Sosial Məsuliyyətin Katalizatoru kimi” adlı paneldə çıxış edərək bu sahədəki mövcud vəziyyət, eləcə də qanunvericilik sahəsində son illər həyata keçirilən işlər barədə fikirlərimi bölüşdüm.
Son illər Dövlət-Özəl Tərəfdaşlığı ilə bağlı qanunun qəbul edilməsi, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. Milli Məclis müzakirələrində "Sosial Sahibkarlıq haqqında" ayrıca qanunun qəbul olunmasını da təklif etmişik.
Panel müzakirələrində Azərbaycanda social sahibkarlığın inkişaf etdirilməsi üçün qanunvericiliiyin daha da təkmilləşdirilməsi daxil olmaqla, vergi güzəştlərinin dairəsinin genişləndirilməsi, KOB-ların maliyyə resurslarına çıxış imkanlarının artırılması, dəstək fondlarının formalaşdırılması və digər istiqamətlərdə təkliflərimizi təqdim etdik.
Millət vəkili Vüqar Bayramov
visiontv.az