AZ

Yeni Zelandiyada qanun layihəsinə etiraz edən deputatlar rəqs edərək parlamentin iclasını pozdular – VİDEO

Yeni Zelandiyada deputatlar parlament iclasını pozaraq, maori xalqının ənənəvi haka rəqsini təqdim ediblər.

Bizim.Media yerli KİV-iə istinadən xəbər verir ki, bu şəkildə Te Pati Maori partiyasının deputatları 1840-cı ildə britaniyalılar və maori başçıları arasında imzalanan Vaitangi Müqaviləsinin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə etiraz ediblər.

Müqavilə iki tərəfin idarəetmə qaydalarını müəyyən edirdi. Lakin məhkəmələrin və xüsusi tribunalın qərarları maorilərin hüquq və imtiyazlarını tədricən artırmışdı.
 

Bu isə Yeni Zelandiyanın bir çox vətəndaşları tərəfindən yerli olmayanların diskriminasiyası kimi qəbul edilirdi.


Parlament iclası zamanı deputat Xana-Raviti Maypi-Klark qanun layihəsinin bir nüsxəsini cırıb və haka rəqsi ifa edib. Daha sonra o, bir gün müddətinə parlamentdən uzaqlaşdırılıb.


Bizim.Media

Seçilən
73
7
bizim.media

8Mənbələr