AZ

"Beşiktaş" Azərbaycandan "yox" cavabı alıb? - klubun diqqətiçəkən açıqlamasına AFFA-dan reaksiya

Məlum olduğu kimi, Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda keçirilməli olan ''Beşiktaş'' - ''Makkabi'' (T-Ə) matçı Macarıstanda baş tutacaq. Qərarı UEFA yox, Türkiyənin təhlükəsizlik orqanları qəbul edib.

Maraqlıdı ki, ''Beşiktaş''ın rəsmi saytında Macarıstanın UEFA-ya üzv ölkələr arasında bu oyuna evsahibliyi etməyə razılıq verən yeganə ölkə olduğu qeyd olunub.

Xatırlayırsızsa, bu yaxınlarda AFFA-nın mövzuyla bağlı mövqeyini öyrəndik. Qurumdan saytımıza verilən məlumatda bildirildi ki, "Beşiktaş" matçın Azərbaycanda keçirilməsi üçün müraciət etməyib. Görəsən, bu yöndə sonradan hansısa yenilik olubmu? Yoxsa ölkəmizdə də çoxlu sayda azarkeşi olan İstanbul nəhəngi, ümumiyyətlə, Azərbaycan ehtimalını dəyərləndirməyib?

Bunu dəqiqləşdirmək üçün yenidən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında əvvəlki cavabını təkrarladı:

"Xeyr. Bizə hansısa rəsmi müraciət daxil olmayıb".

Xatırladaq ki, noyabrın 28-də təyin olunan oyun Debretsendə yerləşən, 20340 yerlik ''Nedyerdey'' stadionunda keçiriləcək.

KƏNAN BAHADIR
Seçilən
40
football-plus.az

1Mənbələr