AZ

“Cəmiyyət seçkilərin fövqəladə əhəmiyyətini tam dərk etdi” - İrakli Kobaxidze

Yazını böyüt
Yazını kiçilt

"Bu, müharibə və sülhün taleyinin həll olunduğu prinsipial, həlledici, referenduma bərabər seçki idi. Bu mesajı gürcü cəmiyyəti uyğun şəkildə dərk etdi”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birinci Kanalın “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” adlı proqramında bildirib.

Kobaxidzenin dediyinə görə, cəmiyyət Gürcüstanın uzunmüddətli sabit, dinc inkişafını dəstəkləyib.

“Bir daha təkrar edə bilərik ki, bu, prinsipial, həlledici, referenduma bərabər seçki idi. Burada real olaraq müharibənin və sülhün taleyi həll edilirdi. Bu mesajı gürcü cəmiyyəti uyğun şəkildə dərk etdi və seçkilərdə müşahidə olunan görünməmiş yüksək fəallıq bununla bağlıdır. Bu misilsiz fəallıqla əslində məlum oldu ki, ictimaiyyət seçkilərin xüsusi və fövqəladə əhəmiyyətini başa düşüb, bizim kursumuzu, hakim komandanı, “Gürcü Arzusunu” və son olaraq ölkəmizin uzunmüddətli sabit, dinc inkişafını dəstəkləyib. Bunun üçün gürcü cəmiyyətinə bir daha təşəkkür etməliyik”, – deyə İrakli Kobaxidze bildirib.

Seçilən
34
hafta.az

1Mənbələr