AZ

Qəzvində ekoloji problem: Çirkli sular əkin sahələrinə axılır

Güney Azərbaycanın Qəzvin əyalətinin Çubindər və İqbaliyyə bölgəsində çirkli və janalizasiya suları əkin sahələrinə buraxılır.

Bu barədə yerli sakinlər sosial media şəbəkəsində məlumat yayıblar.

Onların sözlərinə görə, uzun müddətdir davam edən ekoloji problem əkin sahələri və bölgə əhalisinin sağlamlığına ziyan vurur.

Qəzvinlilər bildiriblər ki, sutəmizləyici qurğuların quraşdırılması və su emalı təsisatının inşası üçün əkin sahələrinin 15 hektarını bələdiyyə və Su və Kanalizasiya İdarəsinə veriblər.

"İllərdir torpaqlarımızın verilməsinə baxmayaraq, ondan təyinatı üzrə istifadə olunmayıb və nəzərdə tutulan layihənin icrasına başlanılmayıb",- təsərrüfatçılar bildiriblər.

Faktı Qəzvin əyalətinin Kənd Təsərrüfatı Təşkilatının Davamlı İnkişaf və Texnoloji Məsələlər Şöbəsinin başçısı Fatimə Qasimi də təsdiq edib.

O, ərazilərdə təmizləyici qurğu olmadığından əhalinin sağlamlığı və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin risk altında olduğunu söyləyib.

visiontv.az



Seçilən
65
1
visiontv.az

2Mənbələr