AZ

Tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı

Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib. 

Xanımı vəkilin müalicəsinin ev şəraitində davam etdiyini bildirib:

"Bu günə də şükürlər olsun. Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və əvvəlki kimi qaydasına düşəcək”. 

Qeyd edək ki, bir müddət öncə tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub. 

Bahar Rüstəmli
Seçilən
19
24
qaynarinfo.az

10Mənbələr