AZ

Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanda gələcək fəaliyyət prioritetləri müzakirə edildi(FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiyaİnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Jin Liqun iləgörüşüb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazir Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyini vəölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. Bankın üzvölkələrdə infrastrukturun inkişafına verdiyi dəstək qeydolunub.

Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıliqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdəgörülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsindəprioritet layihələr barədə məlumat verilib.

AİİB-nin prezidenti Jin Liqun təmsil etdiyi qurumun Asiyaregionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturuninkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətəçatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib,tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsasistiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyətprioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafıüzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Asiya
Asiya
Seçilən
77
3
az.trend.az

8Mənbələr