AZ

Bu üsullarla evdə ingilis dilinizi təkmilləşdirə bilərsiniz

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yəqin ki, dəfələrlə ingilis dilini öyrənmək istəmisiniz, lakin düzgün vaxtı tapa bilməmisiniz. Bəzilərimiz iş səbəbilə, bəzilərimiz isə başqa səbəblərdən dolayı kursa getməyə vaxt tapa bilmirik. Bəs evdə hansı üsullarla ingilis dilini təkmişlləşdirmək olar? Birlikdə nəzər salaq:

1. Onlayn dərslərə qoşulun

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən asan şey onlayn təhsil almaqdır. Bunun üçün ingilis dili müəllimlərindən və ya tanıdığınız, ingilis dilini yaxşı bilən insanlardan kömək istəyə bilərsiniz. Qısa müddətə də olsa, mütəxəssislərdən təlim almaq tez bir zamanda inkişaf etmənizə kömək edəcək.

2. İstifadə etdiyiniz texnoloji cihazların dilini ingilis dilinə dəyişin

Texnologiya həyatımızın hər sahəsində iştirak edir. Buna görə də evdə ingilis dilini öyrənmək üçün smartfon və kompüter kimi texnoloji cihazlardan istifadə irəliləyiş əldə etməyə kömək edəcək. Smartfonlara və kompüterlərə sərf olunan vaxtı öz xeyrimizə çevirməyin müxtəlif yolları var. Bunun ən asan yolu cihazın dilini ingilis dilinə dəyişməkdir. Bu yolla siz bilmədiyiniz ingiliscə sözləri öyrənəcək və cihazınızdan istifadə etmək üçün onları yaddaqalan edəcəksiniz.

3. İngilis dilində mahnılarına qulaq asın

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən əyləncəli və ən asan üsul ingilis mahnılarını dinləməkdir. Mahnılara qulaq asanda istəmədən də olsa, sözləri əzbərləyirik. Məsələn, reklamlarda səslənən musiqini düşünək, istəməsək də, ağlımızdan çıxara bilmirik. Bunu xeyrimizə dəyişərək sevdiyimiz ingilis mahnılarına daimi qulaq asa bilərik. Bu bizə iki mənada fayda verəcək. Birincisi, yeni sözləri öyrənəcəyik, ikincisi, sözlərin necə tələffüz edildiyini eşidəcəyik.

4. Serial və ya filmlərə baxarkən azərbaycanca subtitrlərdən istifadə etməyin

Hamımız filmlərə və seriallara baxmağı sevirik. Bəs niyə bu vəziyyəti özümüz üçün üstünlüyə çevirməyək? Müəyyən səviyyədə ingilis dilini bilirsinizsə və altyazılı filmlərə baxarkən deyilənlərin çoxunu başa düşürsünüzsə, film və serialları izləyərkən altyazılardan istifadə etməyin. 

5. İngilis dilində gündəlik yazın

Bu üsul ingilis dilini evdə öyrənmək istəyənlərə deyil, ingilis dilini təkmilləşdirmək istəyənlər üçün əla üsuldur. Bir gündə nə etdiyinizi təsvir etmək üçün kifayət qədər ingilis dilini bilirsinizsə, gündəlik yazmaq və ya blog yazmaqla böyük irəliləyiş əldə edə bilərsiniz. 

6. Hər gün yeni sözlər öyrənin: Evinizdəki otaqların divarlarına ingiliscə yeni sözlər və onların mənaları ilə "post-it" qeydləri yapışdırın

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən sadə şey hər gün yeni sözlər öyrənməkdir. Yeni ingiliscə sözləri öyrənmək üçün qeydlər hazırlamaq və onları daim təkrarlamaq faydalı olacaq. İstəyirsinizsə, bunu notbuka, kompüterə və ya smartfona yazaraq edə bilərsiniz. Və ya öyrənmək istədiyiniz sözləri və mənalarını "post-it" kağızlarına yazıb evinizdəki otaqların divarlarına yapışdıra bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
51
banco.az

1Mənbələr