AZ

AYNA-dan "Bolt"-a XƏBƏRDARLIQ: "Qanunsuzdur"

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin  tutulması, eləcə də bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur. 

Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib.

Qeyd olunub ki,  AYNA tərəfindən bununla bağlı ciddi tədbirlər görüləcək. 

"Belə hallarla qarşılaşan sərnişinlərdən  AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur".

Xatırladaq ki, noyabrın 13-də redaksiyamıza sərnişinlər müraciət edərək "Bolt" taksi şirkətinin bir gediş haqqını iki dəfə çıxmağa başlaması ilə bağlı məlumat vermişdilər. 

"Bolt" gediş haqqını 2 dəfə çıxmağa başlayıb - DİQQƏT

İnqilab Məmmədov
Milli.Az

Seçilən
40
3
milli.az

4Mənbələr