Aİ ölkələri dekabrın 19-da Brüsseldə keçiriləcək sammitində Donald Trampın prezident seçkilərindəki qələbəsi fonunda ABŞ-la münasibətləri müzakirə edəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Sammit zamanı müzakirələr həm də Britaniya ilə münasibətlərin canlandırılması ilə bağlı olacaq.
Agentlik qeyd edir ki, Aİ liderləri Avropanın dünyada yerini müzakirə etmək niyyətindədirlər ki, bu da birlik və ABŞ arasında münasibətlərin yenidən qiymətləndirilməsi deməkdir.
“Bloomberg” hesab edir ki, Trampın qələbəsindən sonra Avropa İttifaqı müdafiə, Ukraynaya dəstək və ticarət məsələlərində Vaşinqtonun dəstəyindən məhrum qalacağını anlayır.
Azpost.info