AZ

Ermənistanla danışıqlar üçün hələlik konkret qərar yoxdur - Nazir

Ermənistanla Azərbaycan arasında danışıqların aparılması üçün hələlik razılaşma yoxdur. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.  
 
"Hələlik danışlıqlarla bağlı görüş üçün konkret qərar yoxdur. Azərbaycanda hazırda bütün proseslər COP29-la fokuslanıb"- o bildirib. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
37
anews.az

1Mənbələr