AZ

İqlim dəyişikliyi dünyanın, insanlığın ən böyük problemlərindən biridir - Muhsin Şentürk

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi bizim üçün çox böyük qürur və sevinc qaynağı oldu.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbir həm Azərbaycanı dünyaya tanıtdırır, həm də insanların öz-özünə verdiyi zərəri və davam edən ziyanı necə həll edəcəyi işini də diqqət mərkəzinə gətirir.

O qeyd edib ki, bundan təxminən 80 il öncə bu kimi problemlər yox idi:

"Amma bu gün baş verən iqlim dəyişikliyi dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Misal olaraq, İspaniyada sel fəlakətində 300 insanın həlak olduğunu gördük. Quraqlıq və yağan yağışlar çox şiddətlidir. İqlimdəki dəyişikləri artıq insan hüquqları və haqları probleminə səbəb olub.

Yaqut Aslanova, “İki sahil”

Seçilən
47
ikisahil.az

1Mənbələr