AZ

Enerji səmərəliliyinin artırılması Mərkəzi Asiya iqtisadiyyatlarının davamlı inkişafı üçün çox vacibdir - İİB

Bakı. Trend:

Mərkəzi Asiya iqtisadiyyatlarının dayanıqlı inkişafını təminetmək üçün enerji səmərəliliyinin artırılması və iqlimdəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə strategiyalarıntətbiqi həlledici əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunuİslam İnkişaf Bankının (İİB) qlobal təcrübə və tərəfdaşlıqlar üzrəbaş direktoru İsa Faye Mərkəzi Asiyada enerji keçidinə investisiyavə maliyyə cəlb etmək üçün regional əməkdaşlıq məsələlərinə həsrolunmuş yüksək səviyyəli panel müzakirə zamanı deyib.

“Regionda bərpa olunan enerji mənbələri sahəsi böyük əhəmiyyətkəsb edir, çünki burada günəş, külək, hidro, biokütlə və digərmənbələrdən istifadə üçün əhəmiyyətli potensial mövcuddur. Bu, dahatəmiz və bərpa olunan enerji mənbələrinə keçid üçün böyük imkanlaryaradır”, - deyə o bildirib.

İsa Faye qeyd edib ki, bununla yanaşı, bank hesab edir ki,regional inteqrasiyanın faydalarını əldə etmək üçün daha çox diqqəttələb edən bir neçə aspekt mövcuddur.

“Birincisi, enerji səmərəliliyini artırmaq və bərpa olunanenerji mənbələrinə keçidi stimullaşdırmaq üçün regionda güclüsiyasi iradə, həmçinin əlaqələndirilmiş enerji siyasətləri vəidarəetmə çərçivələrinin mövcudluğu vacibdir”, - deyə ovurğulayıb.

Daha sonra o qeyd edib ki, regionda bərpa olunan enerjimənbələrinin vəziyyəti ilə bağlı məlumatların toplanması, həmçininbu sahəyə investisiya imkanlarının və problemlərinin müəyyənedilməsi əsaslandırılmış qərarların qəbul edilməsi üçün vacibdir.Bu, bərpa olunan enerji mənbələrinin ekosistemininyaxşılaşdırılmasına və enerji keçidinin sürətlənməsinə köməkedəcək.

“Üçüncüsü, Mərkəzi Asiya ölkələri və qonşu regionlar arasındatranssərhəd enerji ticarətinin təşviqi vacibdir. Bu, regionaliqtisadi inteqrasiyaya və regional əlaqəliliyə töhfə verərək regionölkələri üçün enerji istehsalının dəyərini azaltmağa imkanyaradacaq. “CASA-1000” kimi regiondakı müxtəlif ölkələribirləşdirən elektrik ötürücü infrastrukturlarından istifadə edərək,növbəti on il ərzində əməliyyat xərclərini 6,4 milyard dollaradəkazaltmaq mümkün olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
82
az.trend.az

1Mənbələr