AZ

Tayson 19 ildən sonra rinqə qayıdır

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson rinqə qayıdır.

Modern.az xəbər verir ki, amerikalı idmançı 19 ildən sonra peşəkar döyüş keçirəcək. Onun rəqibi isə tanınmış yutuber Ceyk Pol olacaq.

Noyabrın 16-da ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumuna malik AT&T arenasında təşkil olunacaq döyüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Qarşılaşma 8 raunddan ibarət olacaq.

Boks gecəsində həmin görüşdən öncə daha 3 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.

Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20,8 milyon izləyicisi var.

Seçilən
30
7
modern.az

10Mənbələr