AZ

Orbandan müharibə mesajı: Yanvarın 20-dək...

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəyə başlayanadək Co Bayden administrasiyası Ukraynaya hərbi dəstəyi dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Amerikada Rusiya-Ukrayna müharibəsi ilə bağlı gələcək siyasətlə əlaqədar müzakirələr davam edir.

“Buna qiymət vermək mənim işim deyil, amma onların konstitusiya quruluşunda belə qəribə bir şey var: prezident noyabrda seçilir, yanvarın 20-də vəzifəsinin icrasına başlayır. Bu müddətdə baş verənlər adətən heç kimi çox da maraqlandırmır. Amma indi iqtidarda olan ABŞ administrasiyası müharibə, seçkinin qalibi isə sülh partiyasına aiddir, sual yaradan budur”, - Orban belə deyib.

Macarıstan lideri hesab edir ki, hakimiyyətdən gedən Bayden administrasiyası keçid dövründə Ukraynaya hərbi dəstəyi dayandırsa, bu, dürüst və ədalətli olardı:

“Artıq hərbi əməliyyatları gücləndirməməli və onlara (Ukraynaya) sadiqlik nümayiş etdirməməlidirlər. Əvəzində sülh tərəfdarı olan yeni prezidentə öz proqramını mümkün qədər sakit şəkildə həyata keçirmək imkanı verməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
48
teleqraf.com

1Mənbələr