AZ

COP20 çərçivəsində “Qalıq yanacaqlardan keçid: Çətinliklər və Troyka ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda tədbir təşkil olunub

Bakı. Trend:

Bu gün Bakıda keçirilən COP29 çərçivəsində BeynəlxalqMünasibətlərin Təhlili Mərkəzi və Braziliyanın BeynəlxalqMünasibətlər Mərkəzi (CEBRI) tərəfindən “Qalıq yanacaqlardan keçid:Çətinliklər və Troyka ölkələrində iqlim fəaliyyətləri üçünimkanlar” mövzusunda tədbir təşkil olunub.

Trend-in məlumatına görə,tədbirdə davamlı enerji gələcəyinə keçid zamanı iqlim problemlərinihəll etmək üçün Braziliya və Azərbaycan tərəfindən hazırlanmış yolxəritələri müzakirə olunub.

Enerji keçidində neft və qaz sektorunun rolu, bu keçid üçünlazım olan maliyyələşdirmə məsələsi də müzakirə edilib.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər ikiölkə neft və qaz hasilatında bəzi oxşar xüsusiyyətlərə malikdir,çünki bu sektorlar iqtisadiyyatlarımızın əsasını təşkil edir.

"Biz yaşıl keçidə diqqət yetirməklə yanaşı, bu keçidin təsirsizolmasına və iqtisadiyyatlara zərər verməməsinə əmin olmaq üçünrealist olmalıyıq. Emissiya ilə mövcud texnologiyalardan tamamiləimtina etmək mümkün deyil, ona görə də yeganə çıxış yolu ekolojitəmiz texnologiyalara daha çox diqqət yetirməkdir", - o qeydedib.

F.Şəfiyev bildirib ki, iqlim dəyişikliyi sırf enerji və ətrafmühitlə bağlı olmasına baxmayaraq, çox vaxt bu,siyasiləşdirilir.

Daha sonra çıxış edən energetika nazirinin müavini, COP29-unicraçı direktoru Elnur Soltanov
birgə iqlim fəaliyyətinin aktuallığını və qlobal ekolojidavamlılığın inkişafında COP29-un rolunu vurğulayıb.

"Bizi 1,5 Selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgünistiqamətdə bir addımdır”.

E.Soltanov müvəqqəti dekarbonizasiyanın vacibliyinivurğulayaraq, heç bir ölkənin bu məsələni təkbaşına həll edəbilməyəcəyini bildirib.

“Bütün dövlətlər metan emissiyalarının azaldılması prosesinətöhfə verməlidir. Uyğunlaşma səyləri üçün artan maliyyə vacibdir ",- deyə o əlavə edib.

Braziliya Neft və Qaz İnstitutunun prezidenti Roberto ArdenqiCOP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinətəşəkkür edib.

O, çıxışında keçid prosesləri zamanı bəzi ölkələrinzəifliklərinə diqqət çəkib.

"Yeganə seçim ağlabatan və ədalətli keçiddir. İnnovasiya vətexnologiya bizi bu məsələdə irəli aparmalıdır. Əks halda, enerjikeçidindən daha çox enerji yoxsulluğu ilə üzləşəcəyik".

Seçilən
57
az.trend.az

1Mənbələr