AZ

Nəhəng platforma İstanbul boğazında: Suya batıb keçdi

İspaniyadan Rumıniyaya gedən "Transocean Barents" adlı neft platforması İstanbul boğazından keçib.

Publika.az xəbər verir ki, keçid zamanı İstanbul boğazı hər iki istiqamətdə nəqliyyata bağlanıb.

Platformanın uzunluğu 120, eni 77, hündürlüyü isə 60 metrdir.

Boğazdan hərəkət edən və 15 İyul Şəhidlər Körpüsü önünə gələn platformanın ayaqları təhlükəsizlik məqsədilə suya batırılıb.

Seçilən
29
publika.az

1Mənbələr