AZ

Moldova hökuməti Bakıda keçirilən COP29 ərəfəsində meşəsalma kampaniyasına start verib

AZƏRTAC xəbər verir ki, Moldovanın ətraf mühit naziri Sergey Lazarenku və yol polisinin nümayəndələri sürücülərə palıd tingləri paylayıblar.

Meşəsalma kampaniyası bütün ölkə üzrə insanları ağac əkməyə səfərbər etmək məqsədi daşıyır. Ümumilikdə bu ilin payızında 26 milyondan çox ting əkiləcək. Bundan başqa, bu il 7300 hektardan çox sahədə meşə salınacaq. Yazda 3300 hektar sahədə əkin aparılıb, bu ilin payızında isə meşə salınması çərçivəsində daha 4000 hektar sahədə əkin aparılacaq.

“Əkilən hər ağac simvol olacaq. Təbiətə və ölkənin gələcəyinə olan məsuliyyətimizə görə ölkənin mənzərəsini dəyişmək, daha yaşıl gələcək qurmaq və gələcək nəsillərə ətraf mühitin mühafizəsi modelini ötürmək üçün unikal şansımız var”, - deyə nazir bildirib.

Moldovada meşə örtüyü ölkə ərazisinin 11 faizini təşkil edir.

Seçilən
35
xalqqazeti.az

1Mənbələr