AZ

Avropa Birliyi İranın ixrac etdiyi minlərlə ton püstəni geri qaytarıb

Avropa Birliyi İranın ixrac etdiyi minlərlə ton püstəni qida təhlükəsizliyi standartlarına cavab vermədiyi səbəbindən geri qaytarıb.

Bu barədə İran Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik məhsulların geri qaytarılmasını "sağlamlıq protokolları ilə bağlı texniki ixtilaf"la əlaqələndirib.

Qeyd edək ki, İran ildə 140 min ton püstə ixrac edir və bunun 7500 tonu Avropa Birliyi ölkələrinə göndərilir. 

Püstə İranın qeyri-neft ixracatı və kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən bir neçə məhsuladan biri hesab edilir.

Avropa ölkələrinin bu məhsuldan imtinası ölkə gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

visiontv.az



Seçilən
52
visiontv.az

1Mənbələr