AZ

Ukraynalı nazir müavini: "Bakının sənaye tullantıların işlənməsində təcrübəsi çox nümunəvidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan hökumətinə COP29 kimi möhtəşəm tədbirin təşkili üçün təşəkkür edirik".
Bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin müavini Viktoriya Kireyeva Oxu.Az-a açıqlamasında bildirib.
O, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) hazırlıqlarına çox əmək sərf olunduğunu gördüyünü deyib.
"İyun ayında Bakıda idim və noyabr ayına kimi buranın necə dəyişdiyini görürəm. Xüsusilə logistika məsələsi yaxşı həll olunub. Çünki ötən dəfə nümayəndələrin tədbir yerinə çatmasında müəyyən problemlər yaranmışdı", - deyə Kireyeva bildirib.
O, həmçinin Ukraynanın burada öz pavilyonunu təşkil etmə imkanına görə təşəkkür edib.
"Biz burada əsl sənət əsəri nümayiş elədik və bu çərçivədə Ukraynanın ekoloji hədəflərini nümayiş elədik", - deyə nazir müavini bildirib.
Viktoriya Kireyeva iki ölkə arasında əməkdaşlıq sahəsinə də toxunub:
"Bu gün Azərbaycan və Ukrayna ilk növbədə minalardan təmizləmə sahəsində əməkdaşlıq edir, çünki ölkəmiz hazırda dünyanın ən minalanan ərazisidir. Biz Azərbaycandan öyrənirik: ölkənizin öz ərazilərini minalardan təmizləmə təcrübəsi var və bu bizim üçün çox qiymətlidir.
Biz, həmçinin yaşıl enerji məsələsi üzərində işləyirik. Lakin bu hazırda danışıqlar prosesi mərhələsindədir və yaxın olmayan müddətdə memorandum imzalamağımız mümkündür".
Nazir müavini Azərbaycan və Ukrayna arasında dostluğun davam etməsinin onlar üçün vacib olduğunu vurğulayıb.
"Bizə ilk növbədə Azərbaycanın sənaye tullantılarının işlənməsi sahəsində təcrübəsi maraqlıdır. Çünki bu hazırda bizim üçün ən aktual və prioritet məsələlərdən biridir.
Azərbaycan qazıntı yanacağı ölkəsidir. Bilirsiniz ki, bu sahə çirklənmə ilə müşayiət olunur. Ancaq Bakının bu tullantıların işlənməsində təcrübəsi bu mənada çox nümunəvidir və bizim üçün vacibdir", - deyə Viktoriya Kireyeva sözlərini yekunlaşdırıb.
Məhərrəm Əliyev
Seçilən
88
50
oxu.az

10Mənbələr