AZ

Ermənistan Xankəndi sakininin meyitini istəyir

Ermənistan Xankəndidə vəfat etmiş erməni qadının meyitini istəyir.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) açıqlama verilib.

Qeyd edilir ki, oktyabrın 20-də Xankəndi şəhərində 70 yaşlı Vera Ağasyan yaşadığı ünvanda ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölüb.

Ermənilər həmişə olduğu kimi bu məsələni də siyasiləşdirməyə, hətta yaşlı və xəstə qadının öz əcəli ilə vəfat etməsini onun “həlak olması” kimi qələmə verməyə çalışıblar.

Vera Ağasyanın Ermənistanda yaşayan qohumları onun meyitini aparmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər.

Onlar meyiti Ermənistanda dəfn etmək istədiklərini bildiriblər. 

Halbuki Vera Ağasyan Xankəndi şəhərində qalıb yaşamağı və Azərbaycan vətəndaşlığını qəbul etməyi öz istəyi ilə seçib. Əgər o, ömrününü sonuna qədər Ermənistanda yaşamağı seçsə idi 2023-cü ilin oktyabr ayında qohumlarının yanına köçərdi. 

Deməli, erməni qadın ya Ermənistanda yaşamaq və dəfn olunmaqdan əvvəldən imtina edib, ya da qohumları onu Xankəndidə tənha atıb gediblər. Belə olan halda, indi qohumlarının Ermənistan mətbuatı vasitəsilə Vera Ağasyanın həlak olması barədə siyasi kampaniyaya başlaması ölünün adından sui-istifadə etmək məqsədi daşıdığını göstərir. 

Vera Ağasyan Azərbaycan vətəndaşı olduğuna görə onun səlahiyyətli orqanlar tərəfindən dəfninin təşkili həyata keçirilə bilər.  

BQXK-nin Ermənistan nümayəndəliyinin kommunikasiyalar proqramının rəhbəri Zara Amatuni mərhumun meyitinin Ermənistana aparılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıldığını deyib. O, meyitin hələ təhvil verilmədiyini qeyd edib.

“Hazırda bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Hər iki tərəf razılaşarsa, gələcək addımların həyata keçirilməsinə kömək etməyə hazır olduğumuzu bildirdik. Hazırda qərar tərəflərin əlindədir. Amma deyə bilərəm ki, bu məsələ diqqət mərkəzində qalmaqda davam edir”, - Amatuni belə deyib.

Seçilən
24
cebheinfo.az

1Mənbələr