AZ

“Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması” -Yaşıl Zonada panel müzakirəsi

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması” adlı panel sessiyası keçirilib.

ADA Universitetinin professoru Damjan Krnjević Miškovićin moderatorluğu ilə keçirilən panel sessiyasında COP29-un baş icraçı direktoru Elnur Soltanov və “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev və karbonsuzlaşdırma üzrə dövlət katibi,Moldova respublikasının energetika nazirliyi Karolina Novak, iqlim üzrə geniş miqyaslı səfir, Macarıstan respublikasının energetika nazirliyi Barbara Botos çıxış ediblər.

Tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirərək, xalis sıfır emissiyalarına doğru qlobal keçidi araşdırılıb. Müzakirə biznes perspektivini vurğulayaraq, sənayelərin yeni enerji modellərinə necə keçdiyini, yaşıl texnologiyalara sərmayə qoyduğunu və qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdığını göstərəcək. Mütəxəssislər həmçinin keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.

Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyasına diqqət yetirilməklə enerji keçidinin insan və sosial tərəfləri vurğulanıb. Bütün icmaların dayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabər sosial inkişaf üçün çox vacibdir. Müzakirələrdə enerji keçidlərinin yeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışı necə dəstəkləyə biləcəyi araşdırılıb.

 Tədbirdə həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunacaq, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
27
6
ikisahil.az

7Mənbələr