AZ

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələritərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinəMavi Zonada etiraz aksiyası keçirilib.

Trend xəbər verir ki,aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağırnəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqlarınsağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.

Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdəndənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bumüstəmləkələrdə keçirilən nüvə sınaqlarınının yerli xalqlaravurduğu ağır ziyanı qınayıblar.

Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərinibeynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərlifəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkrettələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında“Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”,“Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulanziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və“dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanlarıöldürür” yer alıb.

Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəkitəsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələninbeynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyinivurğulayıblar. Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra dadavam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlərgörməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilikəleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerlixalqların haqlarının təmin olunması üçün daha güclü siyasi vəhüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.

Xatırladaq ki, bu, COP çərçivəsində Mavi Zonada Azərbaycantəşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
84
10
az.trend.az

10Mənbələr