AZ

"COP 29-da müəyyən tapşırıqları yerinə yetirən yalançı media fəaliyyət göstərir"

\"Biz bir sıra media subyektləri, televiziya rəhbərləri COP 29-un Liderlər Sammitinin açılış mərasimində iştirak etdik. Orada həm mətbuat otağındakı vəziyyətlə tanış olduq, həm də Azərbaycan jurnalistlərinin fəaliyyətini gördük. Elə bir məqam idi ki, deməli bir neçə saat məmurlarımızın da vaxtı var idi, jurnalistlərin məmurlara ünsiyyət və sual vermək imkanları var idi\".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında əməkdar jurnalist, Mətbuat Şurasının sədri Rəşad Məcid Prezidentin köməkçisi Hikmət Hacıyevin \"Azadlıq Radiosu\"nun əməkdaşının sualına cavab verməsinə münasibət bildirərkən söyləyib.
 
Mətbuat Şurasının sədri bildirib ki, tədbirdə iştirak edən jurnalistlərin əksəriyyəti heç də mövzunu əhatə edən suallar səsləndirmirdi:
 
\"Heç şübhəsiz ki, burada heç də hər jurnalist mövzuya uyğun, ölkəmizdə keçirilən bu əhəmiyyətli tədbirin mahiyyəti barədə sual ünvanlamırdı və yaxud buna hazırlıqlı deyildi. Amma açılış mərasimində, Cənab Prezidentin çıxışında söylədiyi kimi, yalan xəbər mediası var. O yalan xəbər mediası Azərbaycana qarşı qəsdən uydurulmuş yalan xəbərlər yayır və bundan da Azərbaycana qarşı öz kinlərini, nifrətlərini biruzə verirlər.

Bu dezinformasiyalara qarşı mübarizə həm Medianın İnkişafı Agentliyi, həm Mətbuat Şurası, həm də digər dövlət qurumları tərəfindən vaxtaşırı məlumatlar verilir. Biz çox təəssüf edirik ki, hətta tanınan media qurumları da bəzi siyasətçilərin, hökumətlərin əlində bir vasitəyə çevrilir və çox vaxtda məhz cığallıq və lazımsız primitiv suallarla ciddi tədbirlərin yönünü dəyişdirməyə çalışırlar. Belə məqamlar əlbəttə ki, COP 29-da, onun açılış mərasimində də oldu.
 
Əməkdar jurnalist onu da əlavə edib ki, bu tədbirdə müxtəlif ölkələri təmsil edən, müəyyən tapşırıqları yerinə yetirən yalan mediası fəaliyyət göstərir:

\"Bəzən ünvanlanan sualların bayağılığı və bəsitliyi görünürdü, bəziləri isə qəsdən tədbirin əhəmiyyətindən fikir yayındırmaq üçün bu cür lazımsız suallara yol verirdilər. Həsab edirəm ki, bu etik davranışa uyğun deyil, hər halda bu böyük bir tədbir dünyanın əhəmiyyətli BMT-nin keçirdiyi, belə bir böyük mötəbər tədbirin mahiyyətini daha çox ictimaiyyətə izah eləmək mediamızın qarşısında duran vəzifələrdən biridir. Qaldı ki, yalan xəbər mediasına... Bu müəyyən tapşırıqları yerinə yetirən mediadır və təəssüf edirik ki, bu cür ara qarışdıran, mahiyyətinə uyğun olmayan suallarla tədbirin məğzindən fikir yayındırmağa çalışırlar\".
 
Mikayıl Mirzəzadə
Seçilən
55
azxeber.com

1Mənbələr