AZ

Yaşıl Zonada "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, ADA Universitetinin professoru Damcan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən bu tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirərək, xalis sıfır emissiyalarına doğru qlobal keçidi araşdırılıb.
Panel sessiyasında COP29-un baş icraçı direktoru Elnur Soltanov, "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və İqlim üzrə Böyük Səfir, Energetika Nazirliyi, Macarıstanın xüsusi tapşırıqlar üzrə səfiri Barbara Botos mövzu ətrafında müzakirələr aparıblar.
Müzakirələrdə biznes perspektivi vurğulanaraq sənayelərin yeni enerji modellərinə necə keçdiyi, yaşıl texnologiyalara sərmayə qoyduğu və qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdığından danışılıb.
Mütəxəssislər, həmçinin keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.
Qlobal istiləşmənin iqlimə təsiri, buzlaqların əriməsi və s. də müzakirələrə səbəb olub.
Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyasına diqqət yetirilməklə enerji keçidinin insan və sosial tərəflərindən söhbət açılıb.
Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti diqqətə çəkilib.
Xanım Aydın
Seçilən
31
50
oxu.az

10Mənbələr