AZ

Politoloq: mu“ABŞ-ın dünya siyasətinə yanaşması heç vaxt ədalət meyarlarına söykənməyib"

“ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Ağ Evin dünya siyasətinin necə dəyişəcəyi maraqla gözlənilir. Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin olduğu əsas göstərilərək Ukraynadakı müharibə ilə bağlı tezliklə kritik qərarların verilə biləcəyi deyilir. Hətta yeni ABŞ prezidentinin artıq Moskva və Kiyev üçün təkliflər hazırladığı iddia olunur”.

“ABŞ-ın dünya siyasətinə yanaşması həmişə bir yanlı olub və heç vaxt ədalət meyarlarına söykənməyib. Bu baxımdan da düşünmürəm ki, Amerikada prezident seçkilərində demokratların, yaxud respublikaçıların qələbə çalmağından asılı olmayaraq hansısa bir böyük bir dəyişiklik olsun. Çünki ABŞ ekspansionist siyasətə həmişə üstünlük verib. Sadəcə olaraq, Respublikaçıların dövründə Amerikanın dünyada xaos yaratmaq cəhdləri daha az olub”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi bildirib ki. Donald Tramp bundan əvvəlki prezidentliyi dövründə də ABŞ-ın ənənəvi siyasi kursundan fərqli mövqelər nümayiş etdirdi.

“O baxımdan da Trampın qələbə qazanmasından sonra ABŞ-ın xarici siyasət kursunun deputatlar və Baydenin dövründən fərqli olaraq daha az ekspansionizmə meylli olacağını düşünürəm. Digər bir tərəfdən, təbii ki, Rusiya- Ukrayna müharibəsinin yekun həllinə nail olmaq çox çətin məsələdir və burada Donald Tramp və yaxud da hansısa şəxslər o qədər də ciddi rol oynamır. Əsas dövlətlərarası iradə, konkret ortada mövqelər olmalıdır. Lakin istənilən halda Trampın dövründə ABŞ-ın Rusiya- Ukrayna müharibəsində vasitəçilik və danışıqlar missiyasına dəstəyi daha geniş olacaq deyə düşünürəm. Həmçinin Trampın bundan əvvəlki prezidentliyi dövründə hətta siyasi proseslərə qatılmayıb, biznes sahəsində fəaliyyət göstərdiyi dövrlərdə də Rusiya ilə pis əlaqələri olmayıb. Bu baxımdan da əlbəttə ki, Vladimir Putinin də Donald Trampı qələbə münasibətilə təbrik etməsi və digər məsələlərdən də aydın görünür ki, Rusiya və ABŞ arasında ikitərəfli danışıqlar da davam edəcək”.

Seçilən
25
50
aznews.az

10Mənbələr