AZ

“Şəhrəke Ekbatan” işi üzrə Azərbaycanlı gənc Milad Armon və digər müttəhimlərə ömürlük həbs cəzası verilib

“Şəhrəke Ekbatan” adlanan iş üzrə təqsirləndirilən şəxslərdən 6-sı, o cümlədən, azərbaycanlı türk gənci Milad Armun Tehran Cinayət Məhkəməsinin 13-cü şöbəsi tərəfindən ömürlük həbs cəzası verilib.

Vəkil Babək Paknia bu xəbəri açıqlayarkən yazıb ki, bu işdə Milad Armon, Əlirza Kəfai, Əmir Məhəmməd Xoşiqbal, Nəvid Nəcaran, Hüseyn Neməti və Əlireza Bərmərzpurnak məhkəmə müşavirlərinin əksəriyyətinin səsverməsi ilə ömürlük həbs cəzasına məhkum ediliblər.

“Şəhrəke Ekbatan” adlanan iş Ərman Əliverdi adlı Bəsic əsgərinin Ekbatan qəsəbəsində öldürülməsindən sonra açılan cinayət işidir. Hadisə ilə bağlı qəsəbədə yaşayan 50 gənc təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, onlardan 14-ü cinayət ittihamı ilə həbsə atılmışdı.

Qeyd edək ki, Xiyavın Qoşa kəndindən olan 25 yaşlı azərbaycanlı gənc Milad Armon baş verən hadisədə iştirak etməmiş, olanlara sadəcə kənardan şahid olmuşdur.

Təhlükəsizlik məmurları Milad Armondan zor, işgəncə, təhdid və hədə-qorxu ilə etiraf almağa çalışsalar da, buna nail ola bilməyiblər.

visiontv.az



Seçilən
27
visiontv.az

1Mənbələr