AZ

Parlamentari: COP29 dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək

"Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Ölkəmizə gələn qonaqların çoxu ilk dəfədir ki, səfər edir. Onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənməsinə imkan yaradır". 

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Şahin Seyidzadə deyib. 

Millət vəkili diqqətə çatdırıb ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq səviyyədə əhəmiyyətini artıran, həmçinin qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki mövqeyini gücləndirən mühüm bir hadisədir: 

"Bu, Azərbaycanın ekoloji siyasətini və dayanıqlı inkişaf hədəflərini nümayiş etdirən bir addımdır. Eyni zamanda, belə bir tədbir Azərbaycana həm regional, həm də dünya miqyasında daha geniş əməkdaşlıq imkanları və investisiyalar gətirə bilər. İqlim dəyişikliyi mövzusunun dünya gündəmində getdikcə daha çox yer tutduğu bir dövrdə, bu cür tədbirlər ölkənin həm ekoloji problemlərə, həm də qlobal əməkdaşlığa verdiyi önəmi vurğulayır. Bu tədbir, Azərbaycanın yerli ekosistemlərini qorumaq, təmiz enerji və bərpa olunan enerji sahələrində inkişafı dəstəkləmək və eyni zamanda qlobal iqlim siyasətinin formalaşmasında daha fəal rol oynamaq üçün vacib bir fürsətdir. COP29-un elə birinci günündə əldə olunan ilk böyük uğur – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması onu göstərir ki, bu qlobal iqlim sammiti dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələrin məkrli niyyətləri baş tutmadı. Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərin arqumentləri də əsassız və məntiqsizdir".

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın enerji sektoru ölkənin iqtisadiyyatının əsas sahələrindən biridir: 
"Dövlət bu sektoru modernləşdirməyi, xarici investisiyaları cəlb etməyi və eyni zamanda, enerji ixracını artırmağı hədəfləyir. Nəticədə, enerji sektoru həm yerli iqtisadiyyatın inkişafına, həm də regionun enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın enerji siyasətində son dövrlərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə diqqət artmışdır. Ölkə, yaşıl enerji sektorunu inkişaf etdirməklə həm daxili enerji istehsalını artırmaq, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək istəyir. Cənab İlham Əliyev, Azərbaycanda bu sahədəki layihələrin artacağını və bu enerji növlərinin ölkənin ümumi enerji istehsalında böyük yer tutacağını xüsusi olar qeyd edib".

Deputat qeyd edib ki, Azərbaycanın enerji siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyinin artırılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə özünü göstərir: 
"Bu, ölkənin həm iqtisadi, həm də ekoloji məqsədlərə uyğun şəkildə uzunmüddətli inkişafını təmin etməyə yönəlmiş strateji yanaşmadır. Prezident cənab İlham Əliyevin COP29-un açılış mərasimindəki çıxışı, Azərbaycanın iqlim siyasətindəki hədəflərini və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki fəal rolunu bir daha nümayiş etdirir. Bu çıxış, ölkənin qlobal səylərə olan töhfəsini, davamlı inkişaf məqsədlərinə yönələn strateji planlarını və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir. Son olaraq qeyd edək ki, COP29-a hazırlıqlarla bağlı işlərə başlayandan etibarən Azərbaycana qarşı qarayaxma kampaniyalarına da start verilmişdi. Xüsusilə Qərb dairələrində hər zaman anti Azərbaycan mövqeyi ilə seçilən qüvvələr, o cümlədən QHT-lər, müxtəlif lobbi dairələri və fəaliyyətini qeyri-obyektivlik və yalan üzərində qurmağa çalışan media orqanları, ayrı-ayrı siyasilər, bir gün belə ara vermədən, ölkəmizi müxtəlif istiqamətdə ittiham edərək tədbiri boykot etməyə çağırırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məsələyə də toxunaraq bildirib ki: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Seçilən
106
50
sherg.az

10Mənbələr