AZ

Ruslar gəlir: İngilis və eston əsgərlər bu məşhur körpünü partlatdılar

Böyük Britaniya və Estoniya silahlı qüvvələrinin üzvləri Rusiyaya qarşı maneələr yaratmaq üçün keçirilən təlimdə Tallindəki Kanama körpüsünü partladıblar.

Publika.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat noyabrın 13-nə keçən gecə baş verib. Aydınlaşdırılır ki, bu hərəkətlər maneələrin yaradılması üzrə təlimlə yanaşı, “NATO tanklarına tab gətirə bilən yeni tikintini” də nəzərdə tutur.

Öz növbəsində, Estoniya Nəqliyyat Departamenti vurğulayıb ki, körpünün partladılması zəruridir, çünki bu, “bilik toplamağa” və həmçinin “Rusiya ilə müharibə zamanı təlimlər keçirməyə” imkan verəcək.

Eyni zamanda, yeni körpünün tikintisini “Avropa İttifaqının Hərbi Sabitlik Fondu” ödəyəcək. Layihənin ümumi dəyəri 14 milyon avro təşkil edəcək.

Seçilən
31
50
publika.az

10Mənbələr