AZ

COP for Hope: COP29 bu tədbirdən sonra birgə işlərin davam etdirilməsinin başlanğıcı olacaq - Gilad Şadmon (ÖZƏL) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz İsrailin Regional ƏməkdaşlıqNazirliyinin baş direktoru Gilad Şadmondur.

Gilad Şadmon Trend-ə özəlmüsahibəsində bildirib ki, COP29 çox yüksək səviyyədə keçir vəAzərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib.

“COP29 COP-dan sonrakı birgə işlərin davam etdirilməsi üçünbaşlanğıc olacaq. COP29-dan sonra birləşəcək icmalar yaratdığımızzaman bu COP-u, həqiqətən, vəziyyəti dəyişən vacib bir mərhələ kimixatırlayacağıq”, - deyə o bildirib.

G.Şadmonun fikrincə, COP29 ümumi problemlərin əməkdaşlıqla həlliyollarını müzakirə etmək üçün bir fürsətdir.

“İqlim böhranı ümumi bir problemdir. Bu, yalnız İsrailin,Azərbaycanın, Yunanıstanın, Qazaxıstanın və ya digər regionölkələrinin problemi deyil. İqlim böhranı sərhədləri, icmaları vəmədəniyyətləri tanımır”, - deyə o vurğulayıb.

İsrailin COP29-un müvəffəqiyyətinə sadiqliyinə gəldikdə,G.Şadmon qeyd edib ki, İsrail startap ölkəsi kimi tanınır.

“Bizdə çoxlu innovasiya mərkəzləri var və mənim ofisim, RegionalƏməkdaşlıq Bürosu, əsasən, innovasiya mərkəzlərinə sərmayə qoyur.İsraildə dörd müxtəlif innovasiya mərkəzimiz var ki, bunlar digərölkələrlə əməkdaşlıq edir və əlaqələr qurur. Onlardan biri Eylatdayerləşən “C-Innovation”dur. Digəri Dimonadakı “Cənub İnnovasiyaMərkəzi”dir. Üçüncüsü isə Beer-Şevadakı “Desert Tech” mərkəzidir.Dördüncüsü isə “BILT” adlanır. Biz Azərbaycanı İsraildəki buinnovasiya əməkdaşlığına qoşulmağa dəvət edirik”, - deyə obildirib.

Bundan əlavə, G.Şadmon qeyd edib ki, İsrailin Azərbaycanlaxüsusi bir təhsil proqramı mövcuddur.

“Ümid edirəm ki, COP29 çərçivəsində iki ölkə arasında təhsilsahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacağıq.Birlikdə həyata keçirmək istədiyimiz xüsusi bir proqramımız var ki,bu da tələbələri iqlim problemlərinin həlli yollarını öyrətməyəyönəlib”, - deyə o əlavə edib.

G.Şadmon əlavə edib ki, İsrailin iqlimlə bağlı bir çox sahələrdəkifayət qədər bilik və təcrübəsi var və ölkə Azərbaycanın təcrübəvə biliklərini öyrənmək istəyir.

“Biz bu bilikləri və təcrübələri birləşdirərək, hamımız üçünyaxşı bir gələcək qururuq”, - deyə o vurğulayıb.

COP
COP
COP
COP
Məqalədə:
Seçilən
59
2
az.trend.az

3Mənbələr