QHT.az-a açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq, ölkədəki qurumların bir hissəsinin onlayn iş rejimində fəaliyyət göstərməsi tıxacların qarşısını almağa kömək edə bilər.
QHT sədri maliyyə, sənəd və kargüzarlıq şöbələrinin işlərinin internet üzərindən həyata keçirilməsinin tıxacları azaldacağını və ofislərə gəlməyin ehtiyacını minimuma endirəcəyini vurğuladı: "Bu yanaşma, həmçinin insanların nəqliyyat, nahar və yanacaq xərclərini azaltmalarına imkan yaradacaq və büdcələrini daha səmərəli idarə etmələrinə şərait yaradacaq".
Pərvanə Fərhadqızı