AZ

Ukrayna 5 yaşayış məntəqəsini itirib

Rusiya silahlı qüvvələri bir həftə ərzində "Donetsk Xalq Respublikası" və Xarkov vilayətində 5 yaşayış məntəqəsini zəbt edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin noyabrın 15-ə olan məlumatına görə, Rusiya hərbçiləri qondarma "Donetsk Xalq Respublikası"nın Stepanovka qəsəbəsini nəzarətə götürüblər. "Donetsk Xalq Respublikası" rəhbərinin müşaviri Yan Qaqin isə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri artıq Kuraxovonun mərkəzindədirlər.

Müdafiə Nazirliyinin məlumatındao da vurğulanıb ki, "DXR"də Voznesenka, Volçenka, Stepanovka və Rovnopol yaşayış məntəqələri tutulub. Xarkov vilayətində isə rus döyüşçüləri Kolesnikovka kəndinə nəzarəti ələ alıblar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
35
news365.az

1Mənbələr