Türkiyə Silahlı Qüvvələrinin terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində sərhəddən kənarda əməliyyatlar davam edir.
Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib: "Onların nəfəsini kəsəcəyik! Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində aşkarladığı 3 PKK/YPG terrorçusunu zərərsizləşdirdi".