AZ

CCPA baş direktoru: COP29-un bir hissəsi olmaqdan çox şadıq

Biz bu çox əhatəli COP29 prosesinin bir hissəsi olmaqdan çox şadıq.

APA-nın məlumatın görə, bunu Misirin Münaqişələrin həlli, Sülhməramlı və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin (CCPA) baş direktoru Əhməd Əbdül-Lətif Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə Çağırış Mətbuat Konfransında bildirib.

“COP29 sədrliyi iqlim və sülh təşəbbüsü ilə çıxış edərək, COP prosesində bu məsələni, sülh təşəbbüslərinin davam etdirilməsi üçün iqlim reaksiyalarını vurğuladı. Biz də bu təşəbbüsü irəli sürməyə sadiqik. COP29-un sədrliyi həqiqətən də təkcə bu iqlim və sülh təşəbbüsü ölkələri ilə deyil, həm də beynəlxalq regional təşkilatlardan, vətəndaş cəmiyyətindən, özəl sektordan bir çox digər maraqlı tərəflərlə birlikdə müzakirə və məsləhətləşmələr prosesinə rəhbərlik etmişdir. Çoxlu fikir ayrılıqları, münaqişələr və gərginliklərlə səciyyələnən hazırkı beynəlxalq şəraitdə, hesab edirəm ki, əvvəllər razılaşdığımızı bir məsələni daha təsdiqləmək çox vacibdir. Keçən il COP28 üzrə bir bəyannamə, var idi və bu, iqlim və sülhlə bağlı əlamətdar hadisə idi ki, bir ildən sonra da eyni öhdəlik hələ də var”, - deyə Əhməd Əbdül-Lətif vurğulayıb.

Seçilən
34
2
apa.az

3Mənbələr