AZ

Ohanyan, Xaçaturov və Köçəryan barəsində həbs qətimkan tədbiri seçildi

Ermənistanda məhkəmə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın növbəti iclasda iştirakını təmin etmək məqsədilə onların barəsində həbs qətimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, onlar korrupsiyaya qarşı cinayət işi üzrə məhkəməyə gəlməyiblər. Müdafiəçilərin sözlərinə görə, buna səbəb onların hansı maddə ilə ittiham olunduqları ilə bağlı izahat almamasıdır.

Xatırladaq ki, Kassasiya Məhkəməsi Robert Köçəryan, Yuri Xaçaturov və digərlərinin işinə xitam verilməsi barədə qərarı ləğv edib, işə yenidən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.

Xatırladaq ki, 2008-ci ildə Martın 1-də baş vermiş hadisələrə gəlincə, "konstitusiya quruluşunun devrilməsi" işi üzrə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Respublikasının baş nazirinin keçmiş müavini Armen Gevorqyan ittiham edilib. Yuri Xaçaturov və Seyran Ohanyan konstitusiya quruluşunu devirməkdə, Robert Köçəryan konstitusiya quruluşunu alt-üst etməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda, Armen Gevorqyan isə konstitusiya quruluşunu devirməyə kömək etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunublar.

2021-ci ildə isə Konstitusiya Məhkəməsi 300:1 maddəsinin konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib. Bundan sonra 4 təqsirləndirilən şəxsin müdafiəçiləri onlara aid edilən maddənin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, müvəkkillərinə qarşı cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırıblar. Hakim Anna Danibekyan prokurorluğun müttəhimlərə aid edilən əməlin yenidən tövsif oluna biləcəyi barədə iddialarına baxmayaraq, iş üzrə icraata xitam verib. Prokurorluq hakim Anna Danibekyanın bu qərarından apellyasiya şikayəti verib, lakin apellyasiya məhkəməsi xitam qərarını dəyişməz saxlayıb. Bundan sonra baş prokuror Artur Davtyan kassasiya şikayəti verib. Kassasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.

Ağarza Elçinoğlu 

Seçilən
99
17
unikal.az

10Mənbələr