AZ

COP29-da Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirilib

COP29 çərçivəsində Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirilib.

APA xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də mədəniyyət əsaslı problem olduğu bildirilib.

Eyni zamanda qeyd olunub ki, qlobal istiləşmənin yaratdığı fəsadlar tarixi-mədəni irsə ciddi şəkildə ziyan vurub.

Bu ziyan nəticəsində Türk Dünyasının bir çox ölkələrində tarixi abidələr, mədəni irs məhv olmaq təhlükəsi ilə üzləşib. Mədəniyyət və mədəni irs iqlim dəyişikliyinin qurbanı olmamalı, bəşəriyyət onun xilası üçün səyləri birləşdirməlidir. Biz başa düşməliyik ki, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün məsuliyyət daşıyırıq".

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bəyan edib ki, COP29 tərəflərə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir: "Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib. Biz özümüzün "Yaşıl enerji" gündəliyimizi inkişaf etdirməkdə maraqlıyıq. Bu tədbir bizə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Hazırda biz Dubay gündəliyinin uğurla davam etdirilməsi məqsədlərinə sadiqik. Eyni zamanda ölkəmiz UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığızı davam etdiririk. Mədəniyyət pozitiv iqlim gündəliyinin irəlilədilməsində olduqca böyük əhəmiyyətə malikdir. Biz tarixən malik olduğumuz ənənələrin daha da inkişaf etdirilərək yayılmasında maraqlıdır".

BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi isə bildirib ki, ölkəsi dünya miqyasında mədəni irsin qorunması istiqamətində həyata keçirilən bütün fəaliyyətləri dəstəkləyir: "Ötən il biz həm G7, həm də BRICS çərçivəsində mədəni irsin müdafiəsi istiqamətində bir sıra təşəbbüslərin şahidi olduq. Bura həm mədəni adaptasiya, həm də sözügedən təşkilatların üzvləri arasında dialoq tədbirləri də daxildir. Bu gün biz son dərəcədə məmnunuq ki, burada iştirak edən ölkələr arasında mədəni irs sahəsində geniş əməkdaşlıq mövcuddur. Biz bütün xalqları və dövlətləri mədəni irs nümunələrinin qorunması istiqamətində səyləri intensivləşdirməyə çağırırıq".

Tədbir iştirakçılarına videomüraciəti yayımlamam Braziliyanın mədəniyyət naziri Marqaret Menezis mədəni irsin müdafiəsi üçün bütün resursların səfərbər edilməsini vacib sayıb.

O, həmçinin COP29-a ev sahibliyi edən Azərbaycanın zəngin mədəniyyəti barədə məlumatlı olduğunu diqqətə çatdırıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy söyləyib ki, 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə adaptasiyası üçün önəmli işlər görülüb:

"İqlim dəyişikliyi mədəni irsimizə ciddi təsir göstərir. Bu risk hər zaman mövcud olsa da son dövrlər daha da artıb. 2021-ci ildə Türkiyə Paris İqlim Razılaşmasının tərəflərindən birinə çevirib. 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Onu da qeyd etmək istəyirəm ki, Türkiyə həm COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyir və hər zaman Azərbaycanın yanındadır".

Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov isə deyib ki, iqlim dəyişikliyi ilə mübarizə inklüzivlik və həssas yanaşma tələb edir: "Kyoto Protokoluna imza atan tərəflər qlobal iqlim təşəbbüslərinə sadiq qalmalıdır. Özbəkistan bu sahədə irəli sürülən bütün ideyaları qətiyyətlə dəstəkləyir. Qloballaşan dünyada ədəni irsimizin iqlim dəyişikliyinin fəsadlarından müdafiəsi son dərəcə zəruridir. Ətraf mühitin, təbiətimizin qorunması məqsədilə ölkəmizdə ciddi maarifləndirmə işləri həyata keçirilir. Bu işlərin arasında maarifləndirici videoçarxların nümayişi, eləcə də ölkəmizin teatrlarında bu sahədə tamaşaların hazırlanması da daxildir. İqlim dəyişikliyi məsələsi bu sahədə mədəni forumların təşkilini də zəruri edir. Hesab edirəm ki, adət-ənələrimizi yeni dövrün tələblərinə uyğunlaşdırıb iqlim dəyişikliyi sahəsində önəmli fəaliyyətlər həyata keçirmək mümkündür".

Seçilən
35
50
apa.az

10Mənbələr