AZ

Komitə sədri: Ermənistanın 30 illik işğalı Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühitini məhv edib



Ermənistanın 30 illik işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühiti məhv edilib.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova COP29 çərçivəsində keçirilən "Gender, İqlim və Təhlükəsizlik Əlaqəsi: Münaqişələrin təsirə etdiyi ərazilərdə ətraf mühitin mühafizə və bərpa səylərində qadınların rolu" adlı müzakirədə deyib.

O qeyd edib ki, Azərbaycan bu məsələləri həll etmək üçün müvafiq qanunvericilik bazası yaradıb:

“İşğal illərində ətraf mühitin deqradasiyası ictimai sağlamlığa, xüsusən də hamilə qadınlar və yeni analara ciddi təsir göstərib. Çirklənmə və məhdud tibbi xidmətlərə çıxış reproduktiv sağlamlıqla bağlı ağırlaşmaların sayını əhəmiyyətli dərəcədə artırıb.

Azərbaycan bu təsirlərə cavab olaraq “Əhalinin Sağlamlığının Qorunması Haqqında Qanun”u (1997) qəbul edib ki, bu da kənd yerlərində yaşayan və münaqişədən təsirlənmiş ərazilərdə qadın və qızların sağlamlığını və təhlükəsiz reproduktiv sağlamlıq təcrübələri prioritetləşdirir. Bu qanun və digər normativ hüquqi aktlar Qarabağdakı bərpa işlərinə istiqamətləndirir. COP29-un həssas əhali qrupları üçün sağlamlıq bərabərliyi məqsədləri ilə uzlaşır".

Komitə sədri vurğulayıb ki, Qarabağ münaqişəsi nəticəsində demək olar, bir milyon azərbaycanlı məcburi köçkün düşüb:

"Onların böyük hissəsini 500 mindən çoxunu qadınlar və 300 mindən çoxunu uşaqlar təşkil edir. Və o vaxtdan bəri Azərbaycan bu köçkün vətəndaşları dəstəkləmək üçün geniş tədbirlər həyata keçirib. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycanın məcburi köçkünlərə dəstək üzrə müsbət təcrübəsi var və bunu BMT səviyyəsində də təsdiq edirlər. Dünyada baş verən hadisələr fonunda Azərbaycan bu təcrübəni COP29-da bölüşə bilər. Yaşayış, sağlamlıq, davamlı dolanışıq və ekoloji təhlükəsizliyə yönəldilmiş layihələrini təqdim edə bilər".

aia.az



Seçilən
44
4
aia.az

5Mənbələr