AZ

İran təminat verib: Trampı sıradan çıxarmaq planı yoxdur

İran təminat verib: Trampı sıradan çıxarmaq planı yoxdur

İran tərəfi ABŞ-a yazılı təminat verib ki, Tehran yenidən ABŞ-ın keçmiş prezidenti Donald Trampı sıradan çıxarmaq niyyətində deyil. AFN.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” Amerikanın yüksək rütbəli məmurlarına istinadən yazır.“İran keçən ay Bayden administrasiyasına Donald Trampı öldürməyə çalışmadığına dair yazılı təminat verdi”, - deyə nəşr yazır. Bildirilir ki, bu təminat oktyabrın 14-də verilib.Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Trampa qarşı sui-qəsd cəhdlərində iştirakı ilə bağlı ittihamları əsassız adlandırmışdı.

Seçilən
38
afn.az

1Mənbələr