AZ

Vüqar Əhmədov Dubay Elektrik və Su İdarəsinin sədri ilə görüşdü (FOTO)

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizə səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd Əl Təyyar arasında görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, görüş zamanı “Azərişıq” ASC ilə Dubay Elektrik və Su İdarəsi arasında elektrik sektorunda əməkdaşlığın inkişaf perpsektivləri müzakirə olunub.
Bildirilib ki, qurumlar arasında yaranacaq bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin enerji təchizatının xüsusilə də, yaşıl enerjiyə keçidin sürətlə inkişaf etdirilməsinə xidmət edəcək.
Tərəflər arasında baş tutan işgüzar görüşdə həmçinin “Azərişıq” ASC-nin paytaxtda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri, gələcək layihələr barədə məlumat verilib.

 

Seçilən
38
22
tribunainfo.az

10Mənbələr