AZ

Abxaziyada təhlükəsizlik qüvvələri etirazçıların tərəfinə keçib

Xəbər verdiyimiz kimi Abxaziyada etiraz aksiyaları keçirilir. “Abxaz Portal” Telegram kanalının yaydığı məlumata görə, günorta saatlarında vəziyyət daha da gərginləşib. Rusiya ilə investisiya sazişinin ratifikasiyasına etiraz edən kütlə ilə polislər arasında toqquşmalar olub. Hətta bəzi təhlükəsizlik qüvvələri nümayişçilərin tərəfinə keçib. 

Noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxslərinin respublika ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.


Tural

Seçilən
80
news365.az

1Mənbələr