AZ

"Efirdəyiksə, ifadələrimizi ölçüb-biçib sonra dilə gətirməliyik" - EKSPERT TƏNQİD ETDİ

Ötən günlərdə məşhur influenser Aynur Xəlilova “Hərşeyşünas” verilişində “Görəsən Şura hara baxır?” kimi fikirlər səsləndirib. O bildirib ki, Aşıq Əli efirlərin birində deyir ki, “Qadın kimdir ki, nəyəsə bir fikir bildirə?!”. SİA mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətin fikirlərini öyrənib.

Azər Həsrət bildirib ki, ümumiyyətlə o sözügedən çıxışa və Aşıq Əlinin ifadələrinə şəxsən baxmayıb: “Nəhayət və necə dediyi haqqında məlumatlı deyiləm. Sadəcə olaraq “İnstagram”dakı paylaşımdan belə başa düşdüm ki, Aşıq Əli qadınlar haqqında fikir səsləndirib və deyib ki, “Qadın kimdir ki, onun fikri ola?!” və s. Əlbəttə, hər kəs özünü, sözünü ifadə etməkdə azaddır, amma biz nəzərə almalıyıq ki, efirdəyiksə ifadələrimizi yetərincə ölçüb-biçib sonra dilə gətirməliyik.

İkinci bir tərəfdən də düşünürəm ki, televiziya məsələləri ilə bağlı xüsusən də əgər bu məsələ televiziyada səslənibsə əlbəttə ki Audiovizual Şura bu cür məsələlərə mütləq nəzarət etməlidir, zatən edirlər amma görünür diqqətdən qaçmış ola bilər. Bunun üçün televiziya kanallarına demirəm ki tək-tək, yaxud hər bir cür ifadəyə görə nəsə sərt cəza verilməlidir. Sadəcə olaraq belə bir hal baş veribsə, yəni ümumiləşdirərək qadınlar haqqında bu cür ifadə səsləndirilibsə əlbəttə ki onunla bağlı televiziyaya mütləq ən azından şifahi şəkildə nəsə deyilməlidir. Bunu da Audiovizual Şura etməlidir. Əlbəttə ola bilər ki belə bir hal İctimai Televiziyanın efirində olsun o zaman İctimai Televiziyanın özünün yayım şurası var, o şura bu məsələ ilə məşğul olmalıdır. Təbiidir, Mətbuat Şurasının qarışacağı bir məsələ deyil. Çünki Mətbuat Şurası televiziya və radio yayımı ilə bağlı hər hansı addım atmır.

Aşıq Əliyə gəlincə, mən onu şəxsən tanımıram. Amma ifalarını sevə-sevə dinləyirəm. Açığını deyim ki, onun davranışlarında qeyri-etik heç nəyə şəxsən rast gəlməmişəm, yəni efirdən gördüyüm qədər. Bir daha deyirəm şəxsən tanımıram.
Ümumiyyətlə isə sevilən bir sənətçidir, yaxşı sənətkardır, yəni, musiqini, sazı, ifanı sevdirməyi bacaran bir sənətkardır. Mən düşünürəm, o bəlkə də bir qədər düşünmədən o cür ifadə işlətmiş ola bilər. Yəni hesab etmirəm ki, o qadınlarla bağlı ümumilikdə belə ifadə işlətsin. Çünki özünün də bəzən xanımlarla birlikdə duet oxuduğu var. Yəni bizim xanım ifaçılarla da yetərincə yaxşı örnəkləri nümayiş etdirir. Əlbəttə, xanımların içində olan, onlarla sənəti paylaşan, hətta ailə həyatını paylaşan bir insandır. Yəni yəqin ki onun da ailəsində xanımlar var. Bu baxımdan elə bir insanın qadınlarımızı aşağılamaq məqsədi güddüyünü şəxsən mən düşünə bilmərəm. Ola bilər ağzından ifadə qaçıb. Amma hesab edirəm ki, Aşıq Əli bir comərd kişi kimi belə bir yanlışı varsa onu da düzəldə bilər. Yəni ifadəsinin o məqsəd daşımadığını, o mənada demədiyini, yaxud da ki ola bilər ki hətta onun fikrini kontekstdən çıxarıb kimlərsə yayıb. O da mümkündür. Yəni belə şeylər ola bilir. Ona görə məncə bu məsələni sakit bir şəkildə soyuq başla və comərdcəsinə həll etmək mümkündür”.

Ayşən Vəli

Seçilən
89
41
sia.az

10Mənbələr