Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı 11-13 noyabr 2024-cü iltarixlərində COP29 çərçivəsində Azərbaycan rəssamı AidaMahmudovanın “Funksionallıqdan kənar” sərgisini, həmçinin,“İncəsənət və iqlim dəyişikliyi” adlı birgünlük simpoziumu təqdimedib.
Bu barədə Trend-ə YARAT-danbildirilib.
“Funksionallıqdan kənar” – Aida MahmudovanınAzərbaycan mədəni irsinin dərindən araşdırılması istiqamətindəapardığı bədii təcrübələrini əks etdirən sərgidir. Rəssam təbiətdənilhamlanaraq, onun relyefi, canlı aləmi, iqlim şəraitinin möhtəşəmgözəlliyini daima öz yaradıcılığında ifadə edir. O, son illərərzində əsərlərini müxtəlif teksturalı, fərqli tərkibli təbiimateriallardan istifadə edərək yaradır.
Aida Mahmudova sərgini həyata keçirərkən, yalnız emalatxanadaçalışmaqla kifayətlənməyib, yerli sənətkarlar ilə birgə əməkdaşlıqquraraq, ənənəvi Azərbaycan incəsənətinə müasir çalarlar əlavəedib. Rəssamın 2024-cü ildə ərsəyə gətirdiyi “Funksionallıqdankənar” adlı keramika nümunələri silsiləsi, material və hekayənindərinliklərinə vararaq, ənənə ilə müasirlik arasında poetik əlaqəqurur, bu saxsı qabların klassik formalarına yenidən nəzər salır.Aida Mahmudova Azərbaycan mənzərələrindən ibarət fotoarxivindənilhamlanaraq, dekol üsulu ilə şəxsi hekayələri və xatirələrisilsilə əsərlərində təsvir edir.
“İncəsənət və iqlim dəyişikliyi” simpoziumuincəsənət təbliğatı, iqlim qayğısı və dayanıqlı gələcəyə həsrolunmuşdur. Bu unikal tədbirin ideya və konsepsiya müəllifi AidaMahmudovadır. Dörd fərqli mövzuda panel sessiyalarından ibarətsimpoziumda çıxış edən spikerlər müxtəlif xarici ölkələrdən dəvətolunmuşdular.
1-ci panelin mövzusu: Ekoloji Gündəliklərin MədəniyyətMüəssisələrində Proqramlaşdırılması
Spikerlər: Will Glendinning (Səudiyyə Ərəbistanı), Elmurod Najimov(Özbəkistan), Jamila Nurkalieva (Qazaxıstan)
Moderator: Zəhra Məmmədova
2-ci panelin mövzusu: Dayanıqlılıq və İncəsənət Bazarı
Spikerlər: Leila Heller (Nyu-York/Dubay), Aleksei Afanasiev (BƏƏ),Meagan Horsman (BƏƏ)
Moderator: Mila Askarova (“Gazelli Art House”-un təsisçidirektoru, Azərbaycan/Böyük Britaniya)
3-cü panelin mövzusu: Vizual İncəsənətdə Post-SosialistAntroposen haqqında Əsas Təqdimat
Spiker: Reuben Fowkes (Böyük Britaniya)
4-cü panelin mövzusu: Vision Art Platform Jurnalı XüsusiBuraxılışının Təqdimatı
Spiker: Fırat Arapoğlu (İstanbul, Türkiyə)